132 il Fransanın müstəmləkəsi olmuş Əlcəzair Fransanı etirazların bürüdüyü bir vaxtda gözlənilməz addım atıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Əlcəzair Ali Təhsil Nazirliyi növbəti tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin tədris olunması üçün hazırlıqlara başlayıb.

Nazirlik artıq ali təhsil müəssisələrinə hazırlıq görüşlərinin təşkili ilə bağlı çağırış edib. Qərarın Fransada etiraz aksiyalarının keçirilməsi fonunda verilməsi diqqət çəkib. 

Qeyd edək ki, 1962-ci ildə müstəqilliyini elan etmiş, 45 milyon əhalisi olan Əlcəzairdə 15 milyon nəfər fransızca danışır. Ölkədə bəzi nazirliklər ötən ildən başlayaraq rəsmi yazışmalarda fransız dili yerinə ərəb dilindən istifadə etməyə başlayıb. 

Nuranə Abbasova