Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində liderləri Patriot raketləri qoruyacaq. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Patriot Hava Hücumundan Müdafiə Sisteminin batareyaları artıq Vilnüs Hava Limanına yerləşdirilib.

Qeyd edək ki, NATO Sammiti iyulun 11-12-də Vilnüsdə, Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçirildiyi üçün təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib. 

Bundan əlavə, 3000-dən çox Litva əsgəri təhlükəsizliyi qoruyacaq. 

Ağarza Elçinoğlu