Küveytdə həddindən artıq istilər səbəbindən dəfn mərasimləri gecə saatlarında keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Küveytim “Ər-Ray” qəzeti məlumat yayıb.

Qərara əsasən, vəfat edən şəxslərin meyitləri iyul və avqust aylarında gecələr dəfn edilə bilər.

Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər göstəriləcəyi bildirilib.