Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaqlara ölkəmizdə dəmir yolu və liman sahəsində, o cümlədən əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.