Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-də Brüsseldə nəzərdə tutulan görüş daha əvvəl baş tuta bilər. 

"Unikal" xəbər verir ki, Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Amerikanın səsi"nə müsahibəsində deyib.

Qeyd edək ki, Avropa Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün iyulun 21-də Brüsseldə baş tutacağını açıqlamışdı. 

Ağarza Elçinoğlu