Amerikalı milyarder İlon Mask yeni şirkət yaradıb.

"Unikal" xəbər verir ki, yeni şirkət süni intellektlə məşğul olacaq. Şirkətin artıq internet saytı fəaliyyətə başlayıb.

Məlumata görə, yeni müəssisədə texnologiya sektorundan olan məşhur şirkətlərin keçmiş işçiləri çalışacaq.

Qeyd edək ki, İlon Mask "SpaceX", "Tesla" və "Twitter" kimi məşhur şirkətlərin sahibidir.