Fransa prezidenti Emmanuel Makrona zərfdə kəsilmiş barmaq göndərilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bu  barədə Yelisey sarayı məlumat yayıb. 

Bildirilir ki, iyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Saray isə  zərflə bağlı məlumat verməkdən imtina edib.