Rusiya administrasiyasına qarşı qiyam başlatmaqla dünyanı şoka salan muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin yenidən gündəmə gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Vaqner" lideri bir müddətdir mədə xərçəngindən müalicə alır. 

İllərdir intensiv xərçəng müalicəsi alan 62 yaşlı Yevgeni Priqojinin vəziyyəti son vaxtlar yaxşılaşsa da, “Vaqner” lideri çox ciddi pəhriz saxlayır.  

Məlumata görə, Priqojin Sankt-Peterburqda Putinə bağlı klinikada müalicə olunurmuş.

Gülayə Mecid