Moskvanın Basman rayon məhkəməsi energetika nazirinin keçmiş müavini Vladimir Milovu qiyabi həbs edib.

“Unikal” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, o, Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumat yaymaqda ittiham olunur. Milov haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.  Onu 10 ilədək həbs cəzası gözləyir. 

Qeyd edək ki, Vladimir Milov Rusiyada xarici agent kimi tanınıb və beynəlxalq axtarışa verilib. 

Nuranə Abbasova