ABŞ prezidenti Co Bayden cari ilin aprelində NATO-ya üzv olan Finlandiyaya səfər edib. 

"Unikal" xəbər verir ki, Ağ Ev rəhbəri Skandinaviya ölkəsinin prezidenti Sauli Niinista, hökumət başçısı Peter Orpo, eləcə də digər Skandinaviya ölkələrinin baş nazirləri: Ulf Kristerson (İsveç), Yonas Ster (Norveç), Mette Frederiksen (Danimarka) və Katrin Yakobsdóttir (İslandiya) ilə görüşəcək. 

Bayden 5 il əvvəl Donald Tramp və Vladimir Putin arasında keçirilən sammitdən sonra Helsinkiyə gəedən ilk ABŞ prezidenti olacaq. 

Bayden və Şimali Avropa ölkələrinin liderləri arasında danışıqların əsas mövzusu təhlükəsizlik, ekologiya və texnologiya sahəsində əməkdaşlıq olacaq.

Ağarza Elçinoğlu