İsveç Ali Məhkəməsi iki Türkiyə vətəndaşının ekstradisiyasını ləğv edib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, onlar silahlı terror təşkilatında iştirakda ittiham olunurlar.

“Türkiyə iki Türkiyə vətəndaşının ekstradisiyasını tələb edib. Yekunda, Ali Məhkəmə hökumətə izah etdi ki, hər iki halda ekstradisiyaya maneələr var”, - İsveç Ali Məhkəməsinin açıqlamasında deyilir.

Türkiyə müttəhimlərin qadağan olunmuş Gülən Hərəkatına mobil tətbiqini yükləyərək qoşulduğunu bildirib. İsveç Ali Məhkəməsinin qərarına əsasən, proqramların yüklənməsi terrorizmlə mübarizə haqqında qanuna əsasən cəza üçün əsas ola bilməz. 

Həmçinin hər iki Türkiyə vətəndaşının qaçqın statusu var, ona görə də onlar öz vətənlərində təqib oluna bilərlər.

Nuranə Abbasova