Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələrinin alınmasını da müzakirə etməyi planlaşdırır. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Vilnüs sammitində jurnalistlərə açıqlamasında deyib.  

“Ümid edirəm ki, Putinlə mən Rusiyadan əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə edəcəyik. Çünki bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir”, - deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, Ərdoğan bundan əvvəlki açıqlamasında rusiyalı həmkarı ilə avqustda görüşməyə ümid etdiyini deyib. 

Nuranə Abbasova