Afina şəhərinin mərkəzində Yunanıstan Masonların Böyük Lojasının yaxınlığında partlayış baş verib.  

"Unikal" xəbər verir ki,  bu barədə Skai telekanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs təcili yardım xidmətinə zəng edərək Yunanıstan Masonların Böyük Lojasında partlamağa hazırlaşan qurğu barədə məlumat verib. Polis hadisə yerinə gələn kimi bomba partlayıb. Lojanın binasına  ziyan dəyib.

Polis əməkdaşları partlayandan bir qədər aralıda ikinci bağlama aşkar ediblər. Bütün məhəllə mühasirəyə alınıb və pirotexniklər cəlb edilib ki, bu da ikinci bağlamanın idarə olunan partlamasına səbəb olub.

İlkin məlumatlara görə, hər iki qurğu çox aşağı gücə malik olub: onlar fişənglərdən, tez alışan maye olan metal qablardan və digər materiallardan ibarət olub.

Gülayə Mecid