Qlobal istiləşmə okeanın rəngini dəyişib. Rəng dəyişikliyi insan gözü ilə görmək mümkün deyil. Lakin NASA dünya okeanlarının 56 faizindən çoxunun yaşıllaşdığını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutu (MIT)  məlumat yayıb. 

MIT alimləri Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzi ilə birlikdə NASA-nın Aqua peykində MRT Spektroradiometr (MODIS) tərəfindən toplanmış onilliklər ərzində okean rəngi məlumatlarını təhlil edib. Yerin aşağı orbitindən toplanan rəng məlumatları göstərir ki, ekvatorun yaxınlığında daha isti tropik okeanlar zaman keçdikcə yaşıllaşır.

Gülayə Mecid