NATO bütün bəşəriyyətin varlığına təhlükədir.

"Unikal"  xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Şurasının keçmiş müstəqil eksperti Alfred de Zayas "Global Times"ə danışıb. 

Onun sözlərinə görə, alyans 1997-ci ildə geosiyasi nəhəngə çevrilərək bütün dünyanı özünə tabe etməyə çalışan “cinayətkar təşkilat” adlandırılmağa layiqdir. 

"Alyansın təkrarlanan təxribatları bir növ olaraq sağ qalmağımıza ən böyük təhlükə yaradır", - deyə Zayas ifadə edib. 

BMT-nin keçmiş əməkdaşı qeyd edib ki, Haaqa və Cenevrə Konvensiyalarının pozulmasına dair çoxsaylı sənədli sübutlar sayəsində NATO generalları müvafiq yurisdiksiyaya malik istənilən tribunal tərəfindən mühakimə oluna bilər.

Gülayə Mecid