Ruslara sosial şəbəkələrdə parolları dəyişmələri ilə bağlı xəbərdarlıq edilib. 

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federasiya Şurası yanında Rəqəmsal İqtisadiyyatın İnkişafı Şurasının sədr müavini Artyom Şeykin çağırış edib.

“Mən hamını təcili olaraq parolları dəyişməyə və müxtəlif xidmətlərdə fərqli etməyə çağırıram”, - deyə o bildirib. 

Senatorun sözlərinə görə, son vaxtlar internetdə rusiyalı istifadəçilərin külli miqdarda şəxsi məlumatları yerləşdirilib. Buna şirkətlərin müştərilərinin şəxsi məlumatlarına qeyri-ciddi münasibəti səbəb olub.

Şeykin əlavə edib ki, o, ən azı 12 simvoldan ibarət müxtəlif hərflər və xüsusi simvollardan ibarət parolları etibarlı hesab edir. Onlar sadə söz və birləşmələrdən istifadə etməməlidirlər. 

Nuranə Abbasova