Ukrayna Belarusla sərhədi mümkün qədər möhkəmləndirib, onun möhkəmləndirilməsi istiqamətində işlər dayanmır. 

“Unikal” xəbər verir ki, bunu "Rada" telekanalının efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.

“Belarusla sərhəd mümkün qədər gücləndirilib”, - o deyib.

Demçenko vurğulayıb ki, Volın vilayətindən Çerniqov vilayətinə qədər, Belarusla min kilometrdən çox olan sərhədin bütün uzunluğunda işlər gedir.

Dövlət Sərhəd Xidmətinin nümayəndəsi izah edib ki, Ukrayna sərhəddə mühəndis şlaqbaumları və istehkamlar tikməklə yanaşı, avtomobillərin yaxınlaşmasını mümkünsüz etmək üçün yolları dağıdır. 

Demçenkonun sözlərinə görə, Ukrayna-Belarus sərhədində vəziyyət stabil olaraq qalır, lakin hərbçilər sədlər qurur və pilotsuz təyyarələrlə müşahidə aparır. 2022-ci ilin noyabrında Kiyev hakimiyyəti Volın vilayətində sərhəddə təxminən 3 km dəmir-beton hasar çəkib.

Nuranə Abbasova