Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin keçmiş sədri Aqvan Hovsepyanın işinə rəhbərlik edən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqi Volodya Simonyan istefa  verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat dərc ediblər. 

"Onun işdən çıxarılmasının səbəbi ilə bağlı rəsmi məlumat yoxdur, lakin bunun münaqişə zəminində baş verdiyi barədə məlumatlar yayılır", - KİV-lərin birində qeyd olunub.  

Gülayə Mecid