Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün partladılması məsələsilə bağlı iclas keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin baş nazirin müavini Xusnullinə Krım körpüsünün təmiri və bərpasını yerində təşkil etməyi tapşırıb. Hazırda dövlət başçısının tapşırığı ilə Xusnulin bölgəyə yola düşür", - Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, prezident vəziyyətlə yerindəcə tanış olduqdan sonra videobağlantı vasitəsilə çağırılan məsləhətləşmələr çərçivəsində axşam saatlarında müvafiq hesabatı dinləyəcək.

Ağarza Elçinoğlu