Tez-tez verdiyi açıqlamalarla gündəmə gələn Çinin yeni xarici işlər naziri Qin Qanqın həftələrdir ictimaiyyət qarşısına çıxmaması diqqət çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qanqın Honq-Konqlu aparıcı Fu Xiaotian ilə gizli eşq yaşadığı iddia edilib. 

Belə ki, uzun illərdir diktor vəzifəsində çalışan jurnalistdən də uzun müddətdir  xəbər alınmır. Qin Qanq sonuncu dəfə amerikalı həmkarı Blinkenlə iyun ayında Pekində görüşüb. "Twitter"də bir istifadəçi keçən il çəkilmiş videonu paylaşaraq XİN rəhbəri ilə aparıcının görüşdüyünü bildirib.  Mövzu ilə bağlı tərəflərdən heç bir açıqlama verilməsə də, bu vəziyyətin Çin Xarici İşlər Nazirliyinin göstərişinə zidd olduğu iddia edilib. Xiaotianın şəxsi sosial media platforması da sonuncu dəfə lüks təyyarəsi, Qin ilə müsahibəsinin skrinşotunu və körpəsi ilə çəkdirdiyi selfi paylaşılıb.