Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla "Taxıl sazişi"ni müzakirə edəcək.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Qeyd edək ki, bundan əvvəl Almaniya Nazirlər Kabineti "Taxıl sazişi"nin icrasını davam etdirmək çağırışı ilə Moskvaya müraciət etmişdi.

Nuranə Abbasova