Fars körfəzinin ərəb ölkələri və Rusiyanın son bəyanatından sonra rəsmi Tehran Moskvaya etiraz edib və bu ölkənin mübahisənin Haaqa Məhkəməsində üç ada üzərində qaldırılmasını tələb edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. 

"Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsaslanan danılmaz prinsip olması vacibdir. İran bu prinsipə riayət edilməsini öz ərazi bütövlüyü ilə bağlı icra oluna bilən prinsip hesab edir və buna zidd olan istənilən hərəkətə sərt və mütənasib reaksiya göstərəcək", - XİN rəhbəri açıqlayıb. 

Ağarza Elçinoğlu