Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva yalnız konkret nəticələr əldə olunarsa, “Taxıl sazişi”nin bərpası məsələsini nəzərdən keçirməyə hazırdır. 

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq. Əgər Qərb Qara dəniz təşəbbüsünü qiymətləndirirsə, o zaman öhdəliklərini yerinə yetirmək və Rusiya gübrələrini və ərzaqlarını sanksiyalar siyahısından çıxarmaq barədə düşünməlidir”, - deyə Rusiya XİN-in məlumatında deyilir. 

Bildirilir ki, terror aktları üçün Ukraynanın nəzarətində olan limanlardan və Rusiyanın açdığı təhlükəsiz dəhlizdən istifadə edilib.

Nuranə Abbasova