Rusiyada Krasnodar diyarının Yeysk çimərliyi yaxınlığında “Su-25” qırıcısı qəzaya uğrayıb.

“Unikal” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb və qırıcının qəzaya uğraması anını əks etdirən video yayımlayıb.

Məlumata görə, pilot sağ qalıb. Xilasedicilər onu sudan sahilə çıxarıb və hazırda ilkin tibbi yardım göstərirlər. Onun vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, “Su-25” təlim uçuşu həyata keçirib və aerodrom yaxınlığında qəzaya uğrayıb. 

Nuranə Abbasova