ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter Rusiyanın Ukrayna üzərində qələbəsini proqnozlaşdırıb.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Tur of Duty” efirində danışıb. Ritterin sözlərinə görə, Ukrayna hərbçiləri yayın sonu və payızın əvvəlində genişmiqyaslı hərbi əməliyyatlar aparmaq qabiliyyətini itirəcək və bu, Rusiyaya qələbə qazandıracaq. 

“Mən hələ də ehtimal edirəm ki, Ukrayna yazın sonu, payızın əvvəlində genişmiqyaslı hərbi əməliyyatlar keçirmək qabiliyyətini, sözün əsl mənasında, itirəcək”, - Ritter bildirib. 

Nuranə Abbasova