İrlandiyanın Baş naziri Leo Varadkar Kiyevə səfər edib.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Teleqramda bildirib.

Ukrayna liderinin sözlərinə görə, o, Varadkarla təhlükəsizlik, siyasi əməkdaşlıq və iki ölkə arasında əməkdaşlıq məsələləri barədə mühüm danışıqlar aparacaq.

Xatırladaq ki, Varadkar ötən il Ukrayna münaqişəsində ölkənin mümkün neytrallıq siyasətinə yenidən baxılacağını açıqlamışdı. Onun fikrincə, İrlandiya Avropa İttifaqının ümumi müdafiə siyasətində daha fəal iştirak edə bilər. 

Nuranə Abbasova