Türkiyənin Adana şəhərində istilik 40 dərəcəni keçib. 

"Unikal" xəbər verir ki, bir qrup şəxs kondisionerin ixtirasının 121-ci ildönümünü qeyd edib. 

Şəhər sakinləri amerikalı mühəndis Villis Haviland Karyerin ruhuna dualar oxuyub, onun xatirəsinə ehsan veriblər. 

"Kondisioner olmasaydı, çox çətinlik çəkərdik, istidən yata bilməzdik. Xüsusən də, Adana camaatının kondisionerlərə ehtiyacı var. Allah ondan razı olsun ki, belə bir ixtira edib", - deyə onlar bildirib. 

Ağarza Elçinoğlu