Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyana qarşı 4 maddə üzrə ittiham irəli sürülüb.

“Unikal” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Balasanyanın vəkili Rafael Martirosyan məlumat yayıb.

“Ona qarşı əmlakı mənimsəmə, qanunsuz silah, döyüş sursatı saxlama, dövlət məmuruna qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmə, narkotik vasitə saxlama maddələri ilə ittiham irəli sürülüb”, - deyə vəkil bildirib.

Xatırladaq ki, Vitali Balasanyan iyulun 14-də saxlanılıb. İyulun 17-də məhkəmə onun həbsi ilə bağlı vəsatəti rədd edib və Balasanyan azadlığa buraxılıb. 

Nuranə Abbasova