Polşada 15 nəfər Rusiyaya işləməkdə şübhəli bilinərək saxlanılıb.

"Unikal" xəbər verir ki, müstəntiqlərin fikrincə, onlar Ukrayna üçün silah və humanitar yardım olan qatarları partlatmağı planlaşdırıblar.

Sözügedən şəxslər Moskvadan tapşırıqlar alıblar və tapşırıqları başa çatdıqdan sonra onlara kriptovalyuta (əsasən bitkoinlər) ilə ödənişedilməliymiş, bu pullar daha sonra nağd pula dəyişdirilib. Məlumata görə, saxlanılanlar Belarus, Rusiya və Ukrayna vətəndaşlarıdır. Onları on ilə qədər həbs gözləyir.