İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə yerləşib. Mənbə 35 km dərinlikdə olub.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Öz növbəsində, İran Qızıl Aypara Cəmiyyətinin iki dəstəsinin hadisə yerinə göndərildiyi, xilasetmə təşkilatının yerli bölməsinin bütün üzvlərinin tam hazırlıq vəziyyətinə gətirildiyi bildirilib.