Fransa prezidenti Emmanuel Makron cümə axşamı Fransa hökumətində dəyişiklik edəcək.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü Agence France Presse (AFP) dövlət başçısına yaxın mənbəyə istinadən məlumat yayıb .

Yelisey sarayının müşaviri, günün dəqiq vaxtını qeyd etmədən Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin cümə axşamı günü veriləcəyini bildirdi.