Yuxarı Lars keçid məntəqəsində Ermənistandan gələn yük maşınında çəkisi 4 ton olan 280 min qutu tütün məmulatları aşkar edilib.

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. İcazə sənədlərində kofe və kofe içkilərinin daşınması qeyd lunsa da, yoxlama zamanı müfəttişlər qəhvə qutularının arxasından qaçaqmal qutuları aşkar ediblər.

Onların dəyəri təxminən 1,1 milyon dollar idi.

Nuranə Abbasova