İyulun 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub.

Mirzoyan rəsmi İrəvanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində əsas məsələlərə yanaşması barədə məlumat verib.