Türkiyə Yunanıstandakı meşə yanğınları ilə mübarizə üçün 2 yanğınsöndürmə təyyarəsi və 1 helikopter göndərəcək.

"Unikal" xəbər verir ki, Türkiyə Yunanıstandakı meşə yanğınları ilə mübarizə üçün 2 yanğınsöndürmə təyyarəsi və 1 helikopter göndərəcək .

Rabitə Müdirliyindən mövzu ilə bağlı verilən yazılı açıqlamada, “Türkiyə Yunanıstanda davam edən meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri göndərəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyi Meşə Təsərrüfatı Baş Müdirliyinin inventarında qeydiyyatda olan 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə vertolyotu uçuş heyətləri ilə Yunanıstana göndəriləcək. Yunanıstanda baş verən meşə yanğınlarına müdaxilə etmək üçün qonşu ölkədə yerli və milli resurslarla istehsal edilən effektiv manevr qabiliyyətinə malik amfibiya təyyarələri və yanğınsöndürmə vertolyotlarından istifadə ediləcək.