Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə “taxıl müqaviləsi”nin uzadılmasının detallarını müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb .

“Zelenskinin xahişi ilə baş tutan telefon danışığı zamanı liderlər Qara dəniz taxıl dəhlizi üzrə sazişin müddətinin uzadılması məsələsini ətraflı müzakirə ediblər.

Ərdoğanın ofisi qeyd edir ki, “Türkiyə sülhü təmin etmək üçün fəal səylər göstərir”.

İyulun 17-də Ukrayna prezidenti Volodimir Zelenskinin sözçüsü Serhiy Nikiforov bildirib ki , Kiyev Türkiyənin və BMT-nin dəstəyi ilə Rusiyanın iştirakı olmadan Qara dənizdən taxıl nəqlini davam etdirməyə ümid edir .

Həmin gün Kreml taxıl müqaviləsinin faktiki olaraq dayandırıldığını elan etdi. Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə , Rusiya ilə bağlı razılaşmaların bir hissəsi hələ də yerinə yetirilməyib. Türkiyə prezidenti Ərdoğan bildirib ki, müqavilə “tarixə düşüb”.