Yəməndə BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmisi öldürülüb  .

"Unikal" xəbər verir ki, Yəməndə motosikletlə hücum edən şəxs WFP (Ümumdünya Ərzaq Proqramı) əməkdaşını restorandan çıxarkən vuraraq öldürüb. Hadisədən sonra ÜƏP-nin icraçı direktoru Sindi Makkeyn zabitin öldürülməsini kəskin pislədiklərini bildirib.

Mərkəzi ofisi Romada olan WFP-dən verilən yazılı açıqlamada Yəmənin cənub-qərbindəki Taizdə naməlum şəxslərin silahlı hücumu nəticəsində bir WFP əməkdaşının vurulduğu və bu şəxsin İordaniya vətəndaşı Moayad Hameidi olduğu bildirilib.

Açıqlamada hücuma məruz qalan Hameidinin xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişdiyi bildirilib.

WFP-nin İcraçı Direktoru Makkeyn Twitter hesabında, "ÜƏP komandamızın üzvünün vəhşicəsinə öldürülməsini qətiyyətlə pisləyirəm. Moayad humanitar fədai idi. O, Sudan, Suriya və İraqda 18 il ərzində yorulmaz fədakarlıqla ÜƏP-ə xidmət etmişdir. Məsul şəxslər cavab verməlidir. Yardım işçiləri heç vaxt hədəf olmamalıdır". ifadələrdən istifadə etmişdir.