BƏƏ Xarici İşlər Nazirliyi İsveçin müvəqqəti işlər vəkilini çağırıb. Səbəb Stokholmda Quranın təhqir olunmasıdır.

"Unikal" xəbər verir ki, Yaxın Şərq dövlətinin Xarici İşlər Nazirliyi Əbu-Dabinin əsas insani dəyərlərə zidd, nifrət və milli düşmənçiliyi qızışdıran təcrübələri qəbul etmədiyini vurğulayıb.

Ötən çərşənbə günü İsveç polisi İraqın Stokholmdakı səfirliyində Quranın yandırılması ilə bağlı aksiyaya icazə verib. Bu fonda yüzlərlə nümayişçi cümə axşamı səhər tezdən İsveçin Bağdaddakı səfirliyinə soxularaq onu yandırıblar.