Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aspen Təhlükəsizlik Forumunda deyib.

Zelenskinin sözlərinə görə, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.

“Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Prezident vurğulayıb.