“Danimarka patriotları” ekstremist qruplaşmasının üzvləri İraqın Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, etirazçılar İraqın dövlət bayrağını da təhqir ediblər.  

İraq səfirliyinin binası qarşısında təşkil edilən aksiyada beş nəfərə qədər adamın iştirak etdiyi məlum olub. 

Qeyd edək ki, bundan əvvəl İsveçdə Qurana hörmətsizlik edildiyinə görə İranda etiraz aksiyaları keçirilib.

Nuranə Abbasova