Antalyanın tarixi Kaleiçi rayonunda oteldə yanğın olub. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın zamanı biri livanlı olmaqla 2 turist ölüb, 12 nəfər xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yanğın 1,5 saat sonra söndürülüb.

Hazırda yanğının səbəbi araşdırılır. 

Nuranə Abbasova