Qəzəb bəzən istəmədən məruz qaldığımız, bəzən isə tamamilə normal və idarə edilə bilən bir duyğudur. 

“Unikal” xəbər verir ki, ancaq qəzəb bizə və ya digər insana zərər verəcək səviyyəyə çatmazdan əvvəl nəzarət altına alınmalıdır. Bunun üçün nə etməli? 

1. Düşünmədən danışmayın 

Xüsusən də iki nəfər arasında mübahisələrin əsas səbəbi fikirləşmədən deyilən sözlərdir. Buna görə də, nə qədər qəzəbli olsanız da, sözlərinizi yüz ölçüb, bir biçin. Qarşı tərəfə bir söz deməzdən əvvəl, sakitləşmək üçün müxtəlif nəfəs məşqlərindən istifadə edə bilərsiniz və ya sakitləşməyinizə kömək edəcək başqa şeylər edə bilərsiniz.

2. Düzgün cümlələrdən istifadə edin

Sakitləşdikdən sonra hisslərinizi sabit səs tonu ilə, səsinizi qaldırmadan, ən dəqiq cümlələrlə çatdırın. Beləliklə, problemin böyüməsinin qarşısını ala bilərsiniz.

3. Tək qalın 

Qəzəbi idarə etmək üçün başqa bir seçim tək qalmaqdır. Bu həm sakitləşməyə, həm də situasiya haqqında düşünməyə kömək edəcək.

4. Özünüzü təhlil edin 

Nə vaxt və nəyə qəzəbləndiyinizi bilmək və hətta onları kağıza yazmaq hikkənizi daha yaxşı bilməyə və idarə etməyə kömək edə bilər. Çünki mövcud vəziyyətdə, yoxsa indiyədək emosiyaların yığılması nəticəsində qəzəbləndiyinizi təhlil edə bilmək önənmlidir. 

5. Hisslərinizi kağıza yazın 

Əgər başqasına niyə qəzəbləndiyinizi sakit şəkildə ifadə etməkdə çətinlik çəkirsinizsə və ya kiməsə deyil, tamamilə özünüzə hirslənirsinizsə, onu məhv etməyin ən praktik yolu kağıza yazmaqdır. Niyə əsəbiləşdiyinizi, nə hiss etdiyinizi və ya nə demək istədiyinizi yazdığınız zaman qəzəbinizin səngidiyini görəcəksiniz.

Nuranə Abbasova