Cənubi Koreya prezidenti Yun Seok-Yeolun qayınanası Çxve In Sun saxlanılıb. 

“Unikal” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, o, torpaq alqı-satqı müqaviləsində istifadə edilən sənədi saxtalaşdırdırmaqda ittiham olunur.

Sunun 2021-ci ildə 1 illik həbs olunması ilə bağlı məhkəmə qərarına verdiyi apellyasiya şikayəti rədd edilib. Apellyasiya məhkəməsi 76 yaşlı qadını 2013-cü ilin aprel ayından oktyabr ayına qədər Seulun cənubundakı Sonnam şəhərində torpaq almaq üçün istifadə edilən saxta bank çıxarışı hazırlamaqda təqsirli bilib. Saxta sənədə görə, o, hesabına təxminən 34,7 milyard von (təxminən 27 milyon dollar) yatırıb.

Məhkəmə “cinayətin ağırlığını nəzərə alaraq” hökmü qüvvədə saxlayıb. Qərarın açıqlaması zamanı qadın huşunu itirib.

Nuranə Abbasova