Ukraynanın minatəmizləmə işlərini 500 minatəmizləmə qrupu həyata keçirsə, bu müddət 757 il çəkəcək. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu hesablamaları “The Washington Post” qəzetinin analitikləri aparıblar.

Hesablamalara görə, minatəmizləmə 107 min kvadrat kilometr ərazidə aparılmalıdır. Bu da Ukrayna ərazisinin 30%-ni təşkil edir. Eyni zamanda, bir istehkamçı gündə cəmi bir neçə kvadratmetr ərazini əl ilə təmizləyə bilir. Sapper işi üçün əlavə maneə ərazilərin su altında qaldığı yaz dövrüdür.

Dünya Bankının hesablamalarına görə, Ukraynanın hər kvadrat metrini minalardan təmizləmək 2-8 dollar arasında olacaq. Bu, yaxın 10 il ərzində isə 37,4 milyard dollara başa gələcək.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Vaşinqton artıq Ukraynada istehkamçıların işinə 95 milyon dollardan çox vəsait ayırıb.

Nuranə Abbasova