Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya prezidenti Vladimir Putinin sözlərindən sonra Polşa XİN-ə çağırılıb.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, səfirə Rusiya prezidentinin Polşa əraziləri ilə bağlı səsləndirdiyi fikirlərə etiraz bildirilib. 

Qeyd edək ki, Putin dünən Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə Polşanın qərb ərazilərinin onlara Stalinin hədiyyəsi olduğunu deyib.

Nuranə Abbasova