“RİA Novosti”nin hərbi müxbiri Rostislav Juravlyov xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri ilə atışma zamanı həlak olub.

“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, agentliyin fotomüxbiri Konstantin Mixalçevski və “İzvestiya”nın jurnalistlərindən biri yaralanıb.

Xatırladaq ki, Rostislav Juravlyov 2020-ci ildə qanunsuz olaraq Qarabağa gəlmiş və orada jurnalist fəaliyyəti ilə məşğul olmuşdu. O, Rusiyaya qayıtdıqdan sonra Federal Təhlükəsizlik Xidməti tərəfindən dindirilmişdi. 

Nuranə Abbasova