Gürcüstan sərhədçiləri İran vətəndaşlarının sərhədi qanunsuz keçmək cəhdinin qarşısını alıblar.

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, sərhəd polisi 2 İran vətəndaşının gizli şəkildə Türkiyəyə keçməyə çalışdığını müəyyən edib.

Onların təqsiri təsdiq olunarsa, saxlanılan şəxsləri bir qrup şəxs tərəfindən Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə 5 ilə qədər həbs gözləyir.

Nuranə Abbasova