ABŞ-nin Hyuston şəhərində yaşayan 35 yaşlı Maykl Kohlhof birə dişləməsindən sonra tif xəstəliyinə yoluxub. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qrip əlamətləri ilə təcili yardıma aparılan amerikalı gənc septik şoka girib və 11 gün reanimasiyada qalıb. Onun əlləri və ayağı amputasiya edilib. 

Ev heyvanları saxlayan Maykla birənin elə onlardan təmas etdiyi ehtimal olunur. İlk vaxtlar yorğunluqla müşahidə olunan xəstəlik daha sonra irəliləyib. 

Tifin simptomlarına qızdırma, titrəmə, əzələ ağrısı, iştahsızlıq və qusma daxildir.

Nuranə Abbasova