İraqda etirazçılar Danimarka səfirliyini mühasirəyə alıblar.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, aksiyaya bir neçə yüz adam toplaşıb.

Bildirilir ki, Danimarka xüsusi təyinatlıların qoruması altında səfirlik əməkdaşlarını təxliyə edə bilib. Lakin nümayişçilər aksiyanı davam etdirərək yolları bağlayırlar və artıq polislə toqquşmalar başlayıb.

Qeyd edək ki, Kopenhagendə Quran yandırılıb. Bundan əvvəl İsveçdə də analoji aksiyadan sonra İsveçin İraqdakı səfirliyinə hücum edilib. Bundan sonra Bağdadda İsveç səfirliyinin binası yandırılmışdı. 

Nuranə Abbasova