Ukrayna Krımda Rusiyanın silah-sursat anbarına zərbə endirib. 

"Unikal" xəbər verir ki, bu barədə Krım qubernatoru Sergey Aksyonov açıqlayıb.

Məlumata görə, hücum PUA-lar vasitəsilə edilib. Zərbədən sonra anbarda partlayış baş verib. 

Əhali ərazidən 5 km radiusda təxliyə edilib. 

Ağarza Elçinoğlu