Norveçin solçu Rødt partiyasının lideri Björnar Moksnes eynək oğurluğu qalmaqalından sonra vəzifəsindən istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə NRK televiziya və radio şirkəti məlumat yayıb.

Siyasətçi istefa verdiyini "Facebook" səhifəsində açıqlayıb.

Moksnes qeyd edib ki, oğurluqla bağlı məlumatın ifşasından sonra sosial şəbəkələrdə onun yaxınlarına təzyiqlər edilib. İstefasının ikinci səbəbi kimi o, öz partiyasını qorumaq istəyini deyib. 

Ağarza Elçinoğlu